sa sa 1673
Virus infeksiyası üçün siqnal verən zülal aşkar edildi Apr 24, 2020 | 12:20 / Maraqlı məlumatlar

İsveçrə alimləri insan hüceyrələrində ilk dəfə olaraq DNT-sini hüceyrə nüvəsinə göndərməsi üçün virusa siqnal verən zülal aşkar etdilər. Zülal ubikvitin-liqaza Mind bomb 1 (Mib1) adlanır. Sürix Universitetinin Mətbuat Xidmətinin verdiyi xəbərə görə bu kəşf virus əleyhinə terapiyada yeni üsulun işlənib hazırlanmasına yardım edəcək. Alimlər ağciyərin epitel hüceyrələrindəki genlərin çoxunu bir-birinin ardınca "söndürərək" adenovirusların hüceyrəyə təsirini yoxladılar. Müəyyən edildi ki, Mib1 geni “söndürüldükdə” virus infeksiyasının səviyyəsi kəskin şəkildə düşür. Praktiki olaraq adenovirusların heç biri nüvəyə çatmır. Lakin genetik manipulyasiyalardan sonra hüceyrələrdə az miqdarda Mib1 əmələ gələn kimi zülal virusa DNT-nin hüceyrə nüvəsinə nə zaman göndərəcəyi haqqında siqnal verir.