sa sa 1864
MBBİ magistraturasında distant formada açıq dərs keçirilib + Foto Apr 29, 2020 | 12:43 / Dərslər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  magistrantlarının  «Biologiyanın müasir problemləri» fənni üzrə açıq distant dərsi keçirilib. AMEA-nın müxbir üzvü İlham Şahmuradov tərəfindən «Bioloji qocalmanın və xərçəng xəstəliyinin genetik və digər əsasları» mövzusunda  aparılan açıq dərsdə yaşlanma və qocalmanın genomla tənzimlənməsi yolları, yaş və xərçəng xəstəliyi arasında genetik səviyyədə əlaqə barəsində ən son elmi biliklər dinləyicilərə çatdırılıb. 27 nəfərin distant yolla qoşulduğu açıq dərsdə AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev iştirak edib.