sa sa 1916
Topla oynaya bilən dron May 02, 2020 | 14:08 / Maraqlı məlumatlar

Yeni növ kameralardan istifadə etməklə Sürix Universitetinin alimləri sürətlə hərəkət edən obyektləri görən və onlardan yayına bilən uçan robot nümayiş etdiriblər. Baxmayaraq ki, uçan robotların bir çoxu maneələri aşkar edə bilən kameralara malikdir, təsvirin əldə edilməsi və buna müvafiq reaksiya göstərmək üçün 20-40 milli saniyə tələb olunur. Bu çox kiçik zaman olsa da, dron özü yüksək sürətlə hərəkət etdikdə uçan quşdan və ya başqa bir drondan, və hətta hərəkətsiz bir obyektdən yayınmaq üçün kifayət etmir. Bu problemi həll etmək üçün Sürix Universitetinin alimləri 4 pəri olan dronu xüsusi kameralar və alqoritmlər ilə təchiz edərək bu zamanı bir neçə millisaniyəyə endirdilər. Yeni tip dronlar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi vəziyətlərdə daha effektiv istifadə oluna bilərlər.