Çexiyada pandemiyanın ikinci və üçüncü dalğası ehtimalları nəzərə alınaraq koronavirusa qarşı peyvəndin hazırlanması üzərində tədqiqatlar davam etdirilir.
ria.ru saytı xəbər verir ki, bu barədə Çexiyanın Səhiyyə naziri Adam Voytex mayın 4-də keçirilən mətbuat konfransında məlumat verib.
“Vaksinin hazırlanması üzərində Dövlət Səhiyyə İnstitutunun, Hematologiya İnstitutunun, Klinik və Eksperimental Tibb İnstitutunun alimləri çalışırlar. Hazırda tədqiqatların ilk laboratoriya mərhələsi həyata keçirilir”, - deyə nazir bildirib.
Tədqiqatın elmi rəhbərlərindən biri olan kardioloq Vera Adamkovanın sözlərinə görə, Çexiyada COVID-19 əleyhinə vaksinin hazırlanması üzərində işlər cari ilin fevral ayından başlayıb. Hazırda dünyada 80-nə yaxın laboratoriya bu kimi tədqiqatlarla məşğul olur.
www.science.gov.az