sa sa 1917
Yeni perfuziya texnologiyası vasitəsilə qara ciyəri bir həftə orqanizmdən xaricdə saxlamaq olar May 07, 2020 | 12:50 / Maraqlı məlumatlar

Sürix universitetinin alimləri insanın zədələnmiş qara ciyərini müalicə etməyə və onu orqanizmdən xaricdə bir həftə saxlamağa imkan verən maşın işləyib hazırlamışlar. Bu ixtira transplantasiya üçün orqanların sayını artırmaqla, ağır qara ciyər xəstəliyindən və ya xərçəngdən əziyyət çəkən bir çox xəstənin həyatını xilas edə bilər. İndiyə qədər qara ciyəri orqanizmdən xaricdə yalnız bir neçə saat saxlamaq mümkün idi. Yeni perfuziya texnologiyası hətta zədələnmiş qara ciyəri də orqanizmdən xaricdə tam bir həftə saxlamağa imkan verir. Əvvəllər transplantasiya üçün yararsız sayılan zədələnmiş kadaverik qara ciyər yeni texnologiya sayəsində bir neçə gün ərzində tam funksiyasını bərpa edə bilər. Orqanizmin fizioloji funksiyalarının əksəriyyətini imitasiya edən kompleks perfuziya sistemi yeni texnologiyanın əsasını təşkil edir.