Türkiyədə aktiv COVID-19 xəstələri üçün “TR-C 19” adlı preparat hazırlanıb.
dailysabah.com saytı xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Səhiyyə İnstitutları İdarəsinin dəstəyi ilə laboratoriyada aparılan araşdırma nəticəsində təcrid olunmuş COVID-19 virusu zərərsizləşdirilib və bu preparat xəstələr üzərində könüllü olaraq tətbiq edilmək üçün yaradılıb.
Səhiyyə Elmləri Universitetinin rektoru, professor Cevdet Erdöl preparatın qısa müddətdə sertifikatlaşdırılmasının planlaşdırıldığını bildirib. C.Erdöl COVID-19 pandemiyasına nəzarəti təmin etmək və əhaliyə təqdim etmək üçün səfərbərlik şüuru ilə elmi-tədqiqat fəaliyyətlərini də sürətləndirdiklərini bildirib.
Preparatın hazırlanmasında köməklik göstərən VSY Biotexnologiya və Dərman Sənayesi MMC-nin idarə heyətinin sədri Ercan Varlıbaş isə Türkiyənin COVID-19 epidemiyası zamanı yaşadığı çətin günlərdən azad olunması istiqamətində bütün imkanlarını səfərbər etdiklərini ifadə edib.
www.science.gov.az