sa sa 1862
Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda dərc olunub May 15, 2020 | 15:57 / Nəşrlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyevin məqaləsi impakt faktoru 11.880 olan “Nature communications” jurnalında çap edilib.

“Fotosistem I-də xlorofill f-in (Clf) adaptasiyası və fəaliyyətinin struktur əsasları” adlanan məqalədə krioelektron mikroskopiya metodu ilə yüksək ayırıcılıqla fotosistem 1-in quruluş analizinin nəticələri əksini tapıb. Məqalədə bildirilir ki, Clf uzaq qırmızı işığın toplanmasında iştirak edərək enerjinin ötürülməsini gücləndirir və genlərdə nukleotid ardıcıllığında baş verən dəyişikliklər Clf-in birləşməsi üçün əhəmiyyətlidir.

www.science.gov.az