sa sa 2040
SARS-CoV-2 virusuna qalib gələn T hüceyrələri aşkar edilib May 19, 2020 | 11:41 / Maraqlı məlumatlar

Kaliforniyanın La-Xolya İmmunobiologiya İnstitutunun alimləri COVİD-19 xəstəliyindən sağalan 20 nəfərin qan nümunələrinə SARS-CoV-2 virusunun zülallarının təsirini öyrəniblər. Müayinə olunan insanların hamısında virusun spayk zülalını tanıyan CD4+ helper T hüceyrələri və 70 faizində həmin zülala təsir edən CD8+ killer T hüceyrələri aşkar edilib. Bu isə o deməkdir ki, virusun təsiri nəticəsində tipik antiviral cavab induksiya olunur. Alimlər həmçinin 2015-2018-ci illərdə toplanmış qan nümunələrini analiz edib heç zaman bu virusa yoluxmayan insanlarda ona qarşı immunitetin olub olmamasını aydınlaşdırıblar. Müəyyən edilib ki, bu nümunələrin demək olar ki, yarısında SARS-CoV-2 virusuna cavab verən CD4+ T hüceyrələri mövcuddur. Güman edilir ki, bu həmin insanların soyuqdəyməyə səbəb olan digər koronaviruslara yoluxmasının nəticəsidir. Beləliklə, alimlər hesab edirlər ki, əhalinin böyük əksəriyyətinin bu xəstəlikdən sağalmasına səbəb adi soyuqdəymə virusuna yoluxma nəticəsində yaranan immunitet ola bilər.