sa sa 1672
MBBİ-də magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi Zoom platforması üzərində həyata keçirilib + Foto May 24, 2020 | 10:31 / Mühüm hadisələr

23 may 2020-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi-tədqiqat işlərini başa çatdırmış II kurs magistrantların  dissertasiya işlərinin ilkin müzakirəsi onlayn olaraq Zoom platforması üzərində həyata keçirilib. “Molekulyar biologiya” ixtisası Azərbaycan bölməsi üzrə 3, rus bölməsi üzrə 1, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 1 nəfər magistrantın dissertasiya işləri  geniş müzakirə edilib və ilkin qiymətləndirilmə aparılıb. Magistrantların dissertasiya işləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən magistr dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyi üçün əsas müdafiəyə buraxılmaları tövsiyyə edilib.