sa sa 1822
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları onlayn seminarda iştirak ediblər + Foto İyn 02, 2020 | 11:28 / Konfranslar, iclaslar

1 iyun 2020-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi Sədaqət Əsədova və Genomun quruluşu və ekspressiyası laboratoriyasının aparıcı elmi işçisi Səadət Xudaverdiyeva “Koronavirusun PZR və seroloji metodlarla test edilməsində praktiki təcrübə və problemlər” mövzusunda onlayn seminarda iştirak ediblər. Beynəlxalq Laboratoriyalar Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən seminarda İranın Pasteur İnstitutunun Virologiya şöbəsinin rəhbəri professor Kayxan Azadmaneş və Royan İnstitutunun Koronavirus laboratoriyasının rəhbəri, Genetika şöbəsinin dosenti Mehdi Totonçi çıxış ediblər. Seminarda molekulyar testlərin aparılması, yeni kitlərin qiymətləndirilməsi, seroloji testlərin rolu, Laboratoriya Şəbəkəsinin koordinatsiya problemləri, COVİD-19 xəstəliyinin test olunduğu laboratoriyalarda təhlükəsizliyin təmin edilməsi kimi məsələlər müzakirə edilib.