sa sa 1712
Rütubətin azalması ilə COVID-19 xəstəliyi daha çox yayıla bilər İyn 04, 2020 | 15:12 / Maraqlı məlumatlar

COVİD-19 epidemiyasının ilk mərhələsində Sidneydə aparılan tədqiqat rütubətin azalması ilə xəstəliyi artması arasında əlaqə olduğunu aşkar edib. Alimlər müəyyən ediblər ki, rütubətin 1% azalması ilə xəstələrin sayında 6% artım baş verir. Bu asılılığın səbəbini alimlər belə izah edirlər. Rütubət azaldıqda hava daha quru olur və aerozollar daha kiçik olur. Xəstə asqırdıqda və ya öskürdükdə bu infeksiyalı, kiçik aerozollar havada suspenziya formasında daha uzun müddət qalır. Nəticədə xəstəliyə yoluxanların sayı artır. Havada rütubət çox olduqda isə aerozollar daha böyük və ağır olduqları üçün onlar yerə daha tez düşürlər. Beləliklə, rütubət azaldıqda hətta yay aylarında belə yoluxma riski böyük olur və buna görə də ehtiyat tədbirlərinə həmişə riayət etmək lazımdır.

scitechdaily.com