sa sa 1756
Sintetik qırmızı qan hüceyrələri tibbdə istifadə oluna bilər. İyn 10, 2020 | 10:38 / Maraqlı məlumatlar

Alimlər təbii qırmızı qan hüceyrələrinin elastiklik, oksigen nəqli və uzun müddətli sirkulyasiya kimi müsbət keyfiyyətlərini təqlid edən sintetik qırmızı qan hüceyrələri hazırlamağa cəhd ediblər.  Lakin bu günə kimi işlənib hazırlanan qırmızı qan hüceyrələri təbii qanın yalnız bəzi keyfiyyətlərinə malik idi. Amerika kimyaçılar cəmiyyətinin verdiyi məlumata görə yeni sintetik qırmızı qan hüceyrələri təbii qırmızı qan hüceyrələrinin bütün keyfiyyətlərini saxlamaqla yanaşı yeni xüsusiyyətlərə də malikdir. Süni hüceyrələr ölçülərinə, formalarına və səthlərindəki zülallara görə təbii hüceyrələrə oxşar olub formalarını itirmədən model kapilyarlardan keçə bilir. Siçanlarda qırmızı qan hüceyrələri 48 saatdan çox heç bir toksiklik biruzə vermədən qala bilir. Tədqiqatçılar süni hüceyrələrə hemoglobin, xərçəng əleyhinə dərman, toksin sensoru və ya maqnit nanohissəciklər yükləməklə onların yük daşıma qabiliyyətini nümayiş etdiriblər. Həmçinin süni hüceyrələrin bakteriyalar üçün tələ kimi istifadə edilməsinin mümkünlüyü qeyd edilib. Bu baxımdan, alimlərin fikrincə, süni hüceyrələr gələcəkdə xərçəng terapiyasında və toksinlərin aşkar edilməsi məqsədilə tibbdə istifadə oluna bilər.