sa sa 1834
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları “Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransında iştirak ediblər + Foto İyn 11, 2020 | 16:08 / Konfranslar, iclaslar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları 8-11 iyun 2020-ci il tarixində Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən “Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” mövzusunda Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransında iştirak ediblər. Onlayn konfransda İnstitutun Bioadaptasiya laboratoriyasının elmi işçiləri Lalə Aydınlı və Turanə İsgəndərova,  kiçik elmi işçisi Səidə Zülfüqarova, Genomun quruluşu və ekspressiyası laboratoriyasının böyük elmi işçisi Ülkər İbrahimova, Hüceyrənin membran sistemləri laboratoriyasının elmi işçisi Nahidə Əliyeva, Fotobioenergetika laboratoriyasının kiçik elmi işçisi Elgül Qafarova, institutun 2-ci kurs magistrantları Firuzə Rzayeva, Nuranə Qurbanova çıxış ediblər. Gənc tədqiqatçıların çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.