sa sa 2311
"Fotosistem1 tipli günəş batareyaları, perspektivleri ve qarşısında duran problemler" mövzusunda seminar keçirilmişdir + Foto May 18, 2018 | 14:50 / Seminarlar

Mayın 18-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilmişdir. İnstitutun doktorantı Ataşova Səmayə “Fotosistem1 tipli günəş batareyaları, perspektivleri ve qarşısında duran problemler”mövzusunda çıxış etmişdir. O, enerji istehsalının yenilənə bilən mənbələrlə əvəz edilmesi, müasir alternativ enerji texnologiyaları icərisində ən cəlbedici istiqamət, foton enerjisinin elektrik enerjisinə cevrilmesi üçün yeni qurğunun tədqiqi haqqında məlumat vermişdir. Son zamanlarda  təbii fotosintez əsasında günəş enerjisi tutma texnologiyasının araşdırılması problemi diqqət mərkəzindədir. Məruzəçi günəş batareyaları dizaynında ən son nailiyyətlərdən bəhs etmişdir.