ÜST deksametazondan istifadə edilməklə COVID-19-un müalicəsini “elmi sıçrayış” adlandırıb
İyn 17, 2020 | 16:10 / Maraqlı məlumatlar
Britaniyada aparılmış RECOVERY klinik tədqiqatının nəticələri göstərib ki, yeni COVID-19 koronavirusunun törətdiyi xəstəliyə yoluxmuş pasiyentlər arasında ölüm hallarının azaldılmasına imkan verən deksametazon preparatından istifadə edilməsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “elmi sıçrayış” adlandırılıb.
TASS Agentliyi xəbər verir ki, ÜST-ün rəsmi nümayəndəsi Fadela Şaib bu məlumatı rəsmən bəyan edib.
Tədqiqatın rəhbəri, Oksford Universitetinin professoru Piter Horbinin sözlərinə görə, deksametazon COVID-19 yoluxması zamanı sağalma göstəricilərinin yaxışlaşmasını nümayiş etdirən ilk dərman olub. O, hesab edir ki, bu preparat dərhal koronavirus infeksiyasına qarşı dünyada istifadə olunan müalicə protokollarına daxil edilməlidir.