sa sa 1682
Dendrologiya İnstitutunun Saray qəsəbəsindəki təcrübə sahəsinə baxış keçirilib + Foto İyn 19, 2020 | 14:58 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, akademik İradə HüseynovaBiologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov bu müəssisənin Abşeron rayon, Saray qəsəbəsində fəaliyyət göstərən təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

T.Məmmədov qonaqlara sahənin elmi potensialının gücləndirilməsi istiqamətində, eləcə də gələcəkdə həyata keçiriləcək işlər haqqında məlumat verib. Bildirib ki, burada əkilmiş 7 min ağac kol bitkisinin, 4 hektar ərazidə əkilmiş yeni buğda növünün, 8 min ədəd rozmarin bitkisinin əraziyə uyğun boy dinamikasının və ağac kol bitkilərinin yerli şəraitdə uyğunlaşma dərəcəsi təhlil edilib. O, 4 hektar ərazidə əkilmiş buğda sortunun vegetasiyasını tam başa çatdırmış yüksək toxum əmələ gətirmə qabilliyətinə malik olduğunu söyləyib.

Səfər zamanı əkilən sahənin növbəti mərhələsi üçün müzakirələr aparılıb, müvafiq göstərişlər verilib.

science.gov.az