sa sa 2146
Qan qrupu ilə koronavirus infeksiyasının ağırlıq dərəcəsi arasında əlaqə İyn 29, 2020 | 12:06 / Maraqlı məlumatlar

Alimlər koronavirus infeksiyasına yoluxma dərəcəsinin insanın qan qrupu ilə əlaqəli olduğunu iddia edirlər. Avropada epidemiyanın pik nöqtəsinə çatdığı dövrdə koronavirusa yoluxan 4000-dən çox ağır xəstə üzərində tədqiqat apararaq xəstəliyin ağırlıq dərəcəsi ilə qan qrupu arasında əlaqə olduğunu aşkar ediblər. Müəyyən edilib ki, “A” qan qrupuna malik olan insanlarda xəstəliyi ağır keçirmə riski digər qruplara nisbətən 45% yüksəkdir. “O” qan qrupuna malik olan insanlarda isə bu ehtimal 35% azdır. Qeyd olunur ki, genetik test və insanın qan qrupunun təyini daha böyük risk altında olan insanları identifikasiya etmək üçün faydalı vasitədir.

 health.economictimes.indiatimes.com