sa sa 1645
Böyük Britaniyada koronavirus əleyhinə anticisimlərin sınağı üçün könüllülər axtarılır İyn 29, 2020 | 11:59 / Maraqlı məlumatlar

Böyük Britaniyada koronavirus əleyhinə hazırlanan anticisimlərin sınağı üçün könüllülər axtarılır. Test üçün Milli Səhiyyə Xidməti və digər dövlət qurumlarından olan əməkdaşlar müraciət edə bilər.

standard.co.uk saytının məlumatına görə, sınaq üçün 2500 könüllü tələb olunur. Martda hökumət 3,5 milyon test alıb.

Qeyd edək ki, anticisimlər insan bədəninin virusla mübarizə üçün istehsal etdiyi xüsusi zülallardır. Qanın tərkibində müəyyən anticisimlərin aşkar edilməsi həmin şəxsin artıq yoluxucu xəstəlik keçirdiyini göstərir.

science.gov.az