sa sa 2234
Elmi şuranın növbəti iclası keçirildi + Foto May 25, 2018 | 14:23 / Konfranslar, iclaslar

25 may 2018-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının növbəti yığıncağı keçirilmişdir.  Yığıncaqda ilk olaraq institutun direktoru akademik İradə Hüseynova Mərkəzi Nəbatət Bağının əməkdaşları- b.ü.e.d. Arif Bayramovu  80 illik, b.ü.f.d. Asəf İsgəndərovu 75 illik yubileyləri münasibətilə təbrik etdi. Daha sonra yığıncaqda akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli Sərəncamına uyğun tədbirlər planı, AMEA-nın ümumi yığıncağının keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin 15 may 2018-ci il tarixli 10/2 №-li Qərarından və III Beynəlxalq Elm Festivalının keçirilməsi ilə əlaqədar 10 may 2018-ci il tarixli 221 №-li Sərəncamından irəli gələn vəzifələrin, habelə bir sıra təşkilati məsələlərin müzakirəsi aparılmışdır.