sa sa 1661
İmmun sistemin xüsusiyyətlərinə görə uşaqlar COVİD-19 xəstəliyinin öhdəsindən daha asan gələ bilirlər İyl 01, 2020 | 10:15 / Maraqlı məlumatlar

Texas Universiteti Tibb məktəbinin alimləri 2020-ci il yanvarın 24-dən mayın 14-nə kimi koronavirusa yoluxmuş uşaq və yeniyetmələrdə xəstəliyin klinik mənzərəsini analiz ediblər. Bir neçə qitədən alınan məlumatları və həmçinin öz tədqiqatlarının nəticələrini ümümiləşdirərək alimlər, uşaqların təqribən 19%-də xəstəliyin simptomsuz keçdiyini, 21%-də ağ ciyərin yumşaq toxumasında zədələnmə izlərinin aşkar edildiyini, 5,6%-də COVİD-19-un qrip və soyuqdəymə kimi digər xəstəliklərlə müşaiyət edildiyini, ağır vəziyyətdə reanimasiyaya xəstələrin 3,3%-nin daxil olduğunu və 7 uşağın öldüyünü qeyd ediblər. Tədqiqatlar göstərir ki, uşaqların və yeniyetmələrin orqanizmi koronovirun aqressiv təsirinə qarşı daha davamlıdır. Alimlər hesab edirlər ki, COVİD-19-a qarşı uşaq orqanizminin müdafiə xüsusiyyətlərinin daha dərindən öyrənilməsi yaşlılarda bu xəstəliyə qarşı terapevtik mexanizmlər işləyib hazırlamaqda kömək edə bilər.

report.az