sa sa 1541
Akademik Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edilib + Foto İyn 30, 2020 | 12:51 / Mühüm hadisələr

İyunun 30-da böyük alim, ictimai-siyasi xadim Cəlal Əliyevin anadan olmasının 92-ci ildönümüdür. Cəlal Əliyev məktəbinin çoxsaylı yetirmələri adından AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova, ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev və elmi katib Durna Əliyeva mərhumun Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın önünə əklil və gül dəstələri qoyublar.