Rusiya alimləri akademik Andrey İzmaylovun rəhbərliyi altında COVİD-19 xəstəliyi ilə mübarizə aparmaq üçün dezinfeksiyaedici kamera işləyib hazırlayıblar.
Kamera insanın üst geyimini və dərinin açıq yerlərini dezinfeksiya etmək üçün nəzərdə tutulub və bu zaman istənilən dezinfeksiyaedici maddə tətbiq edilə bilər. Antiseptikin bərabər paylanmasını təmin edən ultrasəs əsaslı spreydən istifadə edilməsi kameranın iş prinsipinin əsasını təşkil edir. Kameranın iş rejimi tənzimlənə bilir və bir insan üçün orta zaman müddəti 15 saniyədir. Dezinfeksiya zamanı insanın geyimi islanmır. İnfeksiyanın məhv edilməsi baxımından texnologiyanın effektivliyi 95%-97% təşkil edir. Alimlər atıq kameraya və dezinfeksiyaedici maddələrə sertifikat əldə ediblər. Qurğuda səthin ultrabənöşəyi şüalarla işlənmsi də mümkündür. Bu isə təkcə insanın geyiminin deyil, kameranın özünün də daha effektiv dezinfeksiya edilməsinə imkan verir. Dezinfeksiyaedici kameranın seriya istehsalı artıq başlayıb.