sa sa 1912
Ağız boşluğunun gigiyenası ilə COVİD-19 xəstəliyinin ağırlıq dərəcəsi arasında əlaqə mövcuddur İyl 06, 2020 | 14:39 / Maraqlı məlumatlar

Britaniya alimləri ağız boşluğunun gigiyenası ilə SARS-CoV-2 virusunun törətdiyi COVİD-19 xəstəliyinin ağırlıq dərəcəsi arasında asılılıq olduğunu aşkar ediblər. COVİD-19 xəstəliyi üçün diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi və piylənmənin risk faktroru olduğu iddia edilir.  Lakin müəyyən edilib ki, ölümlə nəticələnən halların 52%-də bu faktorlar aşkar edilməyib və bunun səbəbi hələ də məlum deyil. Alimlər müəyyən ediblər ki, tənəffüs zamanı ağız boşluğu sekresiyası ağ ciyərlərə daxil olaraq infeksiyaya səbəb ola bilər. Ağız boşluğunda olan bəzi bakteriyalar, o cümlədən, Porphyromonas gingivalis, Fusobacterium nucleatum, Prevotella intermedia belə infeksiya törədə bilər. Alimlər izah edirlər ki, periodontit və ya damaqların infeksiyası ağız boşluğunda zərərli bakteriyalar yaradan əsas səbəbdir. Bu bakteriyalar Interleykin 1 (IL1) və Tumor necrosis factor (TNF) kimi sitokininlərin yaranmasına səbəb olur. Sitokininlər ağ ciyərlərə daxil olub infeksiya yarada bilər. Ağız boşluğunun qeyri-adekvat gigiyenası ağ ciyərlər ilə ağız boşluğu arasında bakteriya mübadiləsi riskini və tənəffüs yolları infeksiyası riskini, beləliklə də post-viral bakterial fəsadların yaranması riskini artırır. Həkimlərin məsləhətinə görə, SARS-CoV-2 infeksiyası zamanı ağız boşluğu gigiyenasına xüsusi diqqət yetirməklə bakterial superinfeksiya riskini azaltmaq olar.

news-medical.net