sa sa 1792
COVİD-19 trombositlərin “hiperaktivliyinə” səbəb olur İyl 09, 2020 | 12:36 / Maraqlı məlumatlar

Müşahidələr göstərir ki, COVİD-19 xəstəliyində qanın laxtalanması riski mövcuddur. Bunun nəticəsində kardiovaskulyar problemlər və bəzi insanlarda, xüsusilə, diabet, artıq çəki və yüksək qan təzyiqindən əziyyət çəkən xəstələrdə orqanların sıradan çıxması baş verə bilər. Alimlər Utah Universiteti Xəstəxanasında müalicə olunan 41 nəfər COVİD-19 xəstəsi üzərində, o cümlədən, 9 nəfərinin süni tənəffüs aparatına qoşulmuş olduğu, reanimasiyada olan 17 xəstə üzərində tədqiqat aparmışlar. Xəstələrdən alınan qan nümunələri sağlam insanların qanı ilə müqayisə edilmişdir.  Differensial genetik analiz vasitəsilə alimlər aşkar ediblər ki, COVID-19 xəstəliyini törədən SARS-CoV-2, trombositlərdə genetik dəyişikliklər yaradır ki, bu da öz növbəsində trambositlərlə immun sistem arasındakı qarşılıqlı təsirin dəyişməsinə səbəb olur. Alimlərin fikrincə, bu dəyişikliklər tənəffüs yollarında iltihabın baş verməsinə və nəticədə, ağ ciyərlərin daha ağır zədələnməsinə gətirib çıxarır.

 www.sciencedaily.com