sa sa 1547
Elektrik stimullaşdırılması vasitəsilə görmə qabiliyyətinin bərpası İyl 10, 2020 | 13:08 / Maraqlı məlumatlar

Horizon 2020 çərçivəsində təklif olunan layihə əsasında yeddi Avropa təşkilatının tədqiqatçıları, beynin elektrik stimullaşdırılması vasitəsilə görmə qabiliyyətinin bərpa olunması üzərində tədqiqatlar aparacaqlar. Layihənin koordinatoru Sürix Universitetidir və layihə Avropa Birliyi tərəfindən 4 milyon avro maliyyə yardımı ilə dəstəklənir. “Görmə funksiyasının bərpası üçün neytral aktiv protezlər” beynəlxalq layihəsi bütün bu meyarlara cavab verir və dörd il ərzində 4 milyon avro dəyərində AB tədqiqat qrantına layiq görülüb. Layihənin icrası 1 Sentyabr 2020-ci ildə başlayacaq və Sürix Universitetinin Neyroinformatika İnstitutunun Professoru Şih-Chii Liu layihənin kordinatorudur. Layihənin məqsədi beynin elektrik stimullaşdırılması vasitəsilə insanın görmə qabiliyyətini bərpa etməyə imkan verən texnologiya işləyib hazırlamaqdır.