sa sa 1602
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatıb İyl 13, 2020 | 12:53 / Maraqlı məlumatlar

Rusiyada dünyada koronavirusa qarşı ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb. Alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.

ria.ru saytı xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu evə buraxılıb, ikinci qrup isə artıq iyulun 20-də müşahidə altında buraxılacaq.

Qeyd edək ki, klinik sınaqlar iyunun 18-dən etibarən aparılır. Koronavirusa qarşı vaksin Rusiyanın N.F.Hamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb.

science.gov.az