sa sa 1579
Alimlər insanın səsinə görə koronavirus xəstəliyini aşkar etməyin yolunu tapıblar İyl 14, 2020 | 12:59 / Maraqlı məlumatlar

Tədqiqatlar nəticəsində COVİD-19 xəstəliyinin potensial, “vokal” biomarkerləri aşkar edilib. Bu markerlər vasitəsilə gələcəkdə xəstəliyin simptomları müşahidə edilməzdən əvvəl xəstəliyi müəyyən etmək mümkün olacaq.  İnfeksion xəstəliklər həqiqətən də bütün orqanizmə təsir göstərir. Bu zaman səsin tonu, yüksəkliyi və digər xarakteristikaları dəyişir. Massaçusset Texnoloji İnstitutunun Linkoln laboratoriyasının əməkdaşları COVİD-19 xəstəliyinin simptomsuz daşıyıcılarının səsində dəyişikliklər müşahidə etdikdən sonra belə bir nəticəyə gəlmişlər. Alimlər qeyd edirlər ki, tədqiqatlar hələ ilk mərhələdə olsa da, alınan nəticələr daha geniş tədqiqatlr aparmaq üçün stimul verir. Bundan başqa, bu tədqiqatların nəticələri mobil tətbiqlərin işlənib hazırlanmasına əsas verəcək ki, onların vasitəsilə koronavirus xəstəliyinə görə insanların skrininqini aparmaq mümkün olacaq.

naked-science.ru