sa sa 1549
Azərbaycan dili “Think! Check! Submit!” sisteminə daxil olub İyl 14, 2020 | 13:23 / Mühüm hadisələr

Tədqiqatçının məqalə dərc etdirmək üçün doğru jurnal seçiminə kömək edən “Think! Check! Submit!” sistemi dünyanın 40 dilinə tərcümə edilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova və proqramçı Firudin Əsgərov bu sistemin Azərbaycan dilində versiyasını hazırlayıblar. Bununla da, Azərbaycan dili “Think! Check! Submit!”ə 41-ci dil kimi daxil olub.

Tədqiqatçılar thinkchecksubmit.org saytına daxil olub “Languagies” (Dillər) bölməsindən Azərbaycan dilini seçməklə təqdim olunmuş suallara cavab verə, seçdiyi jurnalın yırtıcı olub-olmamasını təyin edə, həmçinin məqalənin dərci üçün doğru jurnal seçdiyinə əmin ola bilər.

science.gov.az