sa sa 1510
Koronavirusa qarşı peyvəndin ilk sınaqları başa çatıb İyl 15, 2020 | 12:59 / Maraqlı məlumatlar

ABŞ-da koronavirusa qarşı peyvəndin sınaq testlərinin ilkin mərhələsi başa çatıb.

Bu barədə məlumat “New England Journal of Medicine” jurnalında dərc olunub.

Məlumatda qeyd olunur ki, “Moderna” şirkətinin hazırladığı vaksinin sınağında 8-55 yaş arasında 45 nəfər iştirak edib. Onlara mRNA-1273 vaksini 28 gün fərqlə 25, 100 və 250 mikroqram dozasında verilib.

Könüllülərin hamısında immunitetin yüksəlməsi müşahidə olunub. Nəticədə bütün iştirakçılarda virusa qarşı anticisimlər yaranıb.

science.gov.az