sa sa 1727
Alimlər ağır koronavirus xəstələrində rast gəlinən çatışmazlığı müəyyənləşdiriblər İyl 17, 2020 | 12:52 / Maraqlı məlumatlar

Fransız alimləri COVID-19-a yoluxmuş pasiyentlərdə rast gəlinən ümumi simptomları müəyyən ediblər.

iz.ru saytının məlumatına görə, bu barədə “Science” jurnalında dərc olunmuş tədqiqat işində bildirilir.

Alimlər süni tənəffüs cihazında olan 50 koronavirus xəstəsinin vəziyyətini tədqiq ediblər. Onlar pasiyentlərdə interferon çatışmazlığı (viruslarla mübarizə üçün orqanizmdən ayrılan zülal) və güclü iltihab aşkar ediblər.

Qeyd edilir ki, ən ağır pasiyentlərdə orqanizmdə infeksiyanın yayılmasını ləngidən I tip interfer çatışmazlığı müşahidə olunub.

science.gov.az