sa sa 1651
Novosibirsk alimləri Rusiyada ilk dəfə olaraq koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər İyl 20, 2020 | 13:29 / Maraqlı məlumatlar

REA-nın Novosibirskdə yerləşən Molekulyar və Bitki Biologiyası İnstitutunun İmmunogenetika laboratoriyasının əməkdaşları Rusiyada ilk dəfə olaraq yeni tip koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər. Bunun üçün COİD-19 xəstəliyindən sağlan insanların qan nümunəsi və B-limfositlərin unikal çeşidlənmə texnologiyası istifadə edilib. Alınan anticisimlər virus ilə hüceyrə reseptoru ACE2 (patogenin orqanizmə daxil olmasına yardım edən zülal) arasında baş verən qarşılıqlı təsiri bloklama qabiliyyətinə malik olduqları üçün onun hədəf hüceyrəyə daxil olmasının qarşısını alırlar. İşçi qrupun məsul katibi Olqa Doroxova hesab edir ki, bu işin gələcək inkişafı COVİD-19 xəstəliyinə qarşı spesifik terapevtik və profilaktik vasitələrin hazırlanması üçün əsas verəcək.  Bundan başqa, alınan nəticələr koronavirus infeksiyası zamanı immunitetin xüsusiyyətlərini öyrənmək üçün material verməklə vaksinin təkmilləşdirilməsi üçün faydalı olacaq.

nauka.tass.ru