sa sa 1588
AMEA əməkdaşları “Tərəqqi” medalı ilə təltif olunub İyl 23, 2020 | 13:54 / Mühüm hadisələr

Prezident İlham Əliyev iyulun 22-də Milli Mətbuatın yaranmasının 145 illiyi münasibətilə “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, akademiyanın 2 əməkdaşı - AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyev və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuat sektorunun baş mütəxəssisi Qaliyə Əliyeva kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar.

science.gov.az