sa sa 396
Alimlər koronavirusa qarşı anticisimlərdən ibarət effektiv qarışım hazırlayıblar İyl 23, 2020 | 13:57 / Maraqlı məlumatlar

Nyu-Yorkda yerləşən Kolumbiya Universitetinin alimləri koronavirusa qarşı anticisimlərdən ibarət effektiv qarışım hazırlayıblar.

poisknews.ru resursu xəbər verir ki, tədqiqatçılar anticisimlərin nümunələrini COVID-19-u çox ağır keçirmiş pasiyentlərdən, həmçinin infeksiyaya qarşı immunitet əmələ gəlmiş insanlardan alıblar.

Nəticədə onlar koronaviruslu pasiyentlərin müalicəsində erkən mərhələdə effektiv olan, hətta xəstəliyin qarşısını ala bilən "kokteyl" hazırlamağa müvəffəq olublar. 

Aşkar edilmiş anticisimlər artıq heyvanlar üzərində sınaqlar zamanı öz effektivliyini sübut edib.

Yaxın vaxtlarda kliniki sınaqlara başlanılması nəzərdə tutulur.

science.gov.az