sa sa 4069
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar Şurasının təsis toplantısı keçirildi  + Foto İyn 07, 2018 | 11:19 / Mühüm hadisələr

İyunun 7-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Qadınlar Şurasının təsis toplantısı keçirildi. Tədbirdə institutun direktoru, akademik İradə Hüseynova, institutun əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan akademik İ. Hüseynova rəhbərlik etdiyi qurumda qadınların sayca üstünlük təşkil etdiyini, onların institutun elmi-pedaqoji həyatında və təşkilati işlərdə uğurla fəaliyyət göstərdiyini qeyd etmişdir. Akademik bu günün əlamətdar günlərdən biri olduğunu bildirərək institutda belə bir şuranın yaradılmasının zəruri olduğunu vurğulamışdır. Qadınlar şurasının 7 nəfərdən ibarət işçi qrupu  təsdiq edildi. İnstitutun Qadınlar Şurasına sədrlik üçün Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fəzilə Qasımovanın, şuranın sədr müavinliyinə  Təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramovanın, şuranın katibliyinə isə kadrlar  üzrə mütəxəssis Aydan Abdullayevanın namizədlikləri irəli sürüldü. Təklif səsə qoyularaq yekdilliklə qəbul olundu. F.Qasımova ona göstərilən etimada görə insitutun direktoru başda olmaqla bütün əməkdaşlara minnətdarlığını bildirdi.