sa sa 1600
AMEA magistrantlarının attestasiyasi keçirilib İyl 24, 2020 | 13:42 / Mühüm hadisələr

24 iyul 2020-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda İnstitut direktoru akademik İradə Hüseynovanın 21 iyul 2020-ci il tarixli 157 №-li əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası aparılıb. Attestasiya iclası Zoom platforması üzərində onlayn olaraq keçirilib.

Attestasiyada I kursu başa vuran  “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1 nəfər magistrant iştirak edib.

İclasda hər bir magistrın imtahan nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti müzakirə edilib. Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.