sa sa 1670
Koronavirus məğlubedilməz hesab edilir İyl 27, 2020 | 12:35 / Maraqlı məlumatlar

Minnesota Universitetnin alimlərinin fikrincə SARS-CoV-2 koronavirusuna heç zaman tam qalib gəlmək mümkün olmayacaq. Yalnız peyvənd COVİD-19 xəstəliyini yaradan virusun yayılmasını məhdudlaşdlra bilər. Bu virus insan orqanizminə adaptasiya edərək soyuqdəymə virusları kimi sirkulyasiya edəcək.  

İnfeksiyon Xəstəliklərin Tədqiqat Mərkəzinin direktoru Maykl Osterholm belə hesab edir ki, bu virus da İİV (HİV) kimi insanla birlikdə mövcud olacaq. Mütəxəssislər həmçinin peyvənd vasitəsilə insanın uzun müddətli immunitet əldə edəcəyinə şübhə ilə yanaşırlar. Çünki xəstəliyi keçirmiş insanlarda anticisimlrin təmin etdiyi müdafiə tədricən zəifləyir. Peyvənd sayəsində yaranan immunitet bir neçə aydan bir neçə ilə kimi təsirini saxlayacaq. Daha effektiv peyvəndlərin hazırlanması üçün daha çox tədqiqatlar aparılmalıdır. Bəşəriyyətin isə buna vaxtı yoxdur. Dünyada artıq 16 milyondan çox insan bu xəstəliyə tutulub və 600 mindən çox ölüm hadisəsi qeydə alınıb.

m.lenta.ru