sa sa 1551
Akademik Ə.Əmiraslanov: "COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyət Səhiyyə Komitəsinin diqqət mərkəzindədir" Avg 05, 2020 | 10:45 / Mühüm hadisələr

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsi, ölkənin səhiyyə ictimaiyyəti və millət vəkillərinin iştirakı ilə dinləmələr və sorğular keçirilib, pandemiya ilə bağlı təkliflər hazırlanıb.

Bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov avqustun 4-də “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda səsləndirib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycan Respublikası Milli Məclisi və AR Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır: “COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin bir çox komitələrində iclaslar keçirilib, birgə müzakirələr aparılıb, qanun layihələri hazırlanıb. Ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsi qəbul edilib”. 

science.gov.az