sa sa 1690
MBBİ-də yanğın təhlükəsi, yaranma səbəbləri və yanğın təhlükəsizliyinin təmin olunması üzrə təlim keçirilib + Foto Sen 09, 2020 | 14:13 / Tədbirlər

AMEA  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2020-ci il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq 09.09.2020-ci il tarixində institutun Mülki Müdafiə qərargah rəisi  Valeh İmanov, Obyekt Fövqəladə Hallar Komissiyasının sədri Ələmdar Məmmədovun və mülki-müdafiə manqalarının üzvlərinin iştirakı ilə yanğın təhlükəsi, yaranma səbəbləri və yanğın təhlükəsizliyinin təmin olunması üzrə təlim keçirilib. Təlim zamanı əməkdaşlar yanğın söndürmə balonlarının iş prinsipi ilə tanış olub və yanğın zamanı onalrdan istifadə qaydaları əməkdaşlara praktiki olaraq nümayiş etdirilib. Eyni zamanda hər bir laboratoriyada olan yanğın təhlükəsizliyi qaydalarının təlimat kitabçası barədə məlumat verilib. Qeyd edilib ki, fövqaladə halların qarşısının alınması üçün laboratoriyada iş qurtardıqdan sonra hər bir əməkdaş göstərilən qaydalara diqqət etməli və onlara tam əməl etdikdən sonra laboratoriyanı tərk etməlidir.