sa sa 1622
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yeni dərs ilinə uğurla başlanıldı + Foto Sen 16, 2020 | 16:30 / Dərslər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təhsil alan II kurs magistrantların 2020/2021-ci tədris ilinin payız semestri üzrə ilk dərslərinə uğurla başlanıldı. Yeni dərs ilinin ilk günündə Molekulyar fitopatologiya, Biomolekulyar spektroskopiya, Bitkilərin hüceyrə mühəndisliyi, Ətraf mühit biotexnologiyası, Prokariotların  molekulyar biotexnologiyası, Müasir biokimya və Bioloji proseslərin fiziki-kimyası fənləri üzrə dərslər mövcud qaydalara əməl edilməklə onlayn platformalar üzərində distant şəkildə keçirildi.

Hazırda müəssisənin II kurs magistraturasında “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə 2, “Nanobiotexnologiya” ixtisası üzrə 1 nəfər magistrant hazırlanır.