sa sa 1681
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb Okt 05, 2020 | 16:01 / Mühüm hadisələr

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata qarşı ordumuz əks-hücum zərbələri endirərək, qısa müddətdə işğal olunmuş ərazilərimizdə möhkəmlənmiş, strateji əhəmiyyətli mövqelərimizi azad etmişdir. Azərbaycan xalqı öz ordusuna daim güvənir və onun müzəffər yürüşünün şanlı qələbə ilə yekunlaşacağına inanır. “Biz birlikdə güclüyük” devizi ilə xalqımız müqəddəs bir amal uğrunda birləşib, hər bir vətəndaşın ürəyi cəbhədəki əsgərlərimizlə döyünür. Vəzifə və mövqeyindən asılı olmayaraq, hər kəs öz çalışdığı sahə üzrə orduya dəstəyini göstərir.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna könüllülük əsasında vəsait köçürmüşlər.