sa sa 1511
İnstitutun aparıcı elmi işçisi Latviya Universitetində elmi ezamiyyətdə olub + Foto Okt 21, 2020 | 15:19 / Ezamiyyətlər

MBBİ-nin Karbonun Fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.e.d. Şahniyar Bayramov 03.03.2020-01.08.2020 tarixlərində Latviya Respublikasının Riqa şəhərində elmi ezamiyyətdə olmuşdur. Alim Latviya Respublikasının Elm və Təhsil Nazirliyinin tədqiqatçı alimlər üçün qrant layihəsi üzrə tədqiqatlarını Latviya universitetində aparmışdır. Ş. Bayramovun ezamiyyət dövründə yiyələndiyi yeni tədqiqat metodları institutda çalışan PhD tələbələrin və magistrantların tədqiqat işlərinin yerinə yetirilməsində öz töhfəsini verəcək. Latviya Universitetinin Biologiya fakultəsinin uyğun kafedralarında çalışan alimlərlə yaradılan elmi əlaqələr gələcəkdə bilateral qrant layihələrinin hazırlanması üçün tərəfdaşların tapılmasına imkan yaradacaqdır.