sa sa 1789
MBBİ-nin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi ET Əkinçilik İnstitutunun Qobustan BTS-də elmi ezamiyyətdə olublar Okt 26, 2020 | 12:15 / Ezamiyyətlər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının  aparıcı elmi işçisi Samirə Rüstəmova, elmi işçilər Lalə Aydınlı, Turanə İsgəndərova, kiçik elmi işçi Səidə Zülfüqarova və doktorant Natella Əliyeva Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar. Ezamiyyənin əsas məqsədi molekulyar səviyyədə elmi tədqiqat işlərinin aparılması və sahədə payızlıq səpini üçün buğda genotiplərinin seçilməsi olmuşdur. Ezamiyyə zamanı təcrübə sahələrində müxtəlif nəzarət pitomniklərində əkiləcək yerli hibridləşmə əsasında stabilləşmiş F5 xətləri və beynəlxalq təşkilatlardan alınan müxtəlif ekoloji mənşəli buğda sort nümunələrinin xarakteristikaları müzakirə edilmiş, ümumilikdə 151 sort seçilmişdir. Birinci nəzarət pitomnikindən 68, ikinci nəzarət pitomnikindən 5, müxtəlif ekoloji mənşəli buğda sortlarından 62, müxtəlif seleksiya sortlarından 16 nümunə həm sahə, həm də laboratoriya şəraitində geniş tədqiqatların aparılması üçün seçilmişdir.