sa sa 1426
Biologiya və Tibb Elmləri Bölməsinin institutları qanvermə aksiyasında iştirak ediblər Okt 30, 2020 | 12:46 / Mühüm hadisələr

Bu günlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tarix yazmaqda, doğma Qarabağımızı düşmən tapdağından azad etməkdədir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi tədqiqat müəssisələrinin kollektivləri də Silahlı Qüvvələrimizə bacardıqları dəstəyi əsirgəmirlər. Hərbi əməliyyatlar başladıqdan dərhal sonra bölməyə daxil olan müəssisələrin 350-yə yaxın əməkdaşı ordumuz üçün qan donoru olmaq arzusunu bildirib və onların siyahısı Mərkəzi Qan Bankına təqdim edilib.

29 oktyabr 2020-ci il tarixində həmin siyahı üzrə əməkdaşların qanvermə aksiyasında iştirakı gerçəkləşdirilib.

science.gov.az