“Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək
Sen 23, 2026 | 20:15
Bildiririk ki, AR ETN Molekulyar Biologiya İnstitutu PHŞ və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium 15-16 Oktyabr 2026-cı il tarixlərində keçiriləcəkdir.
Tezisləri ingilis və ya Azərbaycan dillərində aşağıdakı qaydalara uyğun şəkildə hazırlayıb 5 oktyabr 2026-cı il tarixinə qədər timbb@imbb.science.az elektron ünvanına göndərmək lazımdır.
Konfransın mövzuları:
DİQQƏT: Tezislər orijinal tədqiqatları əks etdirməlidir! Hər bir tezis plagiat və Sİ-yə görə yoxlanılacaqdır.
MƏRUZƏ TEZİSLƏRİNİN TƏRTİB OLUNMA QAYDALARI
Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.
Tezisin mətni:
Tezislər Microsoft Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1,15 olmaqla, ən çoxu 3 səhifə həcmində olmalıdır.
Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.
Tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə, bir sətir buraxıldıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə müəlliflərin ad və soyadları (baş hərfləri böyük; ad açıq yazılır), bir sətir buraxıldıqdan sonra ortadan kursivlə hər müəllifin iş yeri, ünvanı, ölkəsi, əlaqə saxlanılacaq müəllifin e-mail ünvanı verilir (bu şəxsin soyadından sonra və e-mail ünvanından əvvəl yuxarıda * işarəsi qoyulur.
Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adi şriftlə əsas mətn başlanır.
Tezislər orijinal tədqiqat işlərinin nəticələrini əks etdirməlidir. Tezis təqdim edən şəxslər konfransda çıxış etməlidirlər.
Tezisdə ədəbiyyat siyahısı, şəkillər və cədvəllər verilmir.
Tezislər plagiat proqramında yoxlanılacaqdır.
Tezislər təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezislər çap olunmayacaq.
NÜMUNƏ
https://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.az ŞƏHƏRİNİN ONURĞALILAR FAUNASI
Əhməd Əhmədov1*, Məmməd Məmmədov2
1Təşkilatın tam adı, ünvanı, ölkə
2Digər təşkilatın tam adı, ünvanı, ölkə
*ahmad.ahmadov@gmail.com
Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
Vvvvvvvvvv
https://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.azhttps://imbb.az.
Müəlliflərin elmi dərəcələri, elmi adları, ORCİD nömrələri, elektron ünvanları və telefon nömrələri tezisin sonunda göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavr, magistrant və ya doktorant olduğunu qeyd etməlidir.