sa sa 1477
Müzəffər Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı! Noy 09, 2020 | 17:44 / Mühüm hadisələr

Sizi və xalqımızı Qarabağın döyünən ürəyi olan Şuşamızın azad edilməsi münasibətilə AMEA Biologiya və Tibb Elmləri Bölməsi adından təbrik etməkdən şərəf duyur, bu hissləri bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu, rəşadətli Azərbaycan Ordusunun və Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir. Bu qələbə ilə Siz adınızı Azərbaycan tarixinə Fateh Komandan kimi qızıl hərflərlə yazdınız. Siz təkcə Şuşanı deyil, bütün türk dünyasının qəlbini fəth etdiniz. Siz müdrik bir rəhbərin xalqın tarixində necə önəmli rol oynaya biləcəyini, onun taleyini necə dəyişə biləcəyini sübut etdiniz. Şuşanı xilas etməklə Azərbaycanın şərəfini, mənliyini, gələcəyə və ədalətə inamını özünə qaytardınız. Sizin kimi qəhrəman Sərkərdəni və məğlubedilməz Lideri Azərbaycan xalqına bəxş etdiklərinə görə bu gün Ulu Öndər Heydər Əliyevin və böyük alim Zərifə xanımın ruhları qarşısında bir daha baş əyirik.

Qəti əminik ki, Sizin sərkərdəliyinizlə qalib Azərbaycan əsgəri tezliklə vətənimizi son qarışına qədər düşməndən təmizləyəcək, azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağını qaldıracaq və xalqımıza Böyük Qələbə sevincini yaşadacaq. Sizin liderliyinizlə Qarabağımız yenidən çiçəklənəcək, qoca Şərqin İsveçrəsinə çevlirəcək.

Uca Tanrı Sizi Azərbaycanın başının üstündə daim var etsin! Xalqımızın duaları Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

 Akademik İradə Hüseynova