sa sa 1737
Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Noy 13, 2020 | 10:37 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kollektivi adından Sizə 30 ilə yaxın davam edən Qarabağ münaqişəsində qazanılan Şanlı Qələbə münasibətilə dərin minnətdarlığımızı bildiririk. Bu böyük qələbə Sizin apardığınız məqsədyönlü daxili və xarici, iqtisadi və hərbi-texniki siyasət, diplomatiya və informasiya cəbhələrində əldə etdiyiniz uğurlar sayəsində mümkün olunmuşdur. Siz xalqımızın əzilən qürurunu, mənliyini özünə qaytarmaqla Azərbaycan tarixinə qızıl hərflərlə yeni şanlı səhifələr yazdınız. Bu səhifələr Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bütövlükdə iqtidar-xalq-ordu birliyinin nəticəsində əldə olunan bu tarixi qələbə xalqımızın gələcəyi üçün elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ön sıralarda yer alacaq.

Biz, Azərbaycan ziyalıları ölkə elminin qarşısında qoyulmuş yüksək məqsədlər uğrunda, beynəlxalq miqyasda Azərbaycanın həqiqətləri ilə bağlı müsbət fikir formalaşdırılması üçün, dövlətimizin və xalqımızın rifahı naminə əlimizdən gələn hər şeyi etməyə söz veririk.

Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun! Sizə və şanlı Ordumuza Allahdan daha böyük qüvvət arzulayırıq!

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dərin hörmətlə,

İnstitutun kollektivi adından,

direktor akademik İradə Hüseynova