sa sa 1726
İnstitutun 2020-ci il üçün elmi-tədqiqat işləri üzrə hesabatları davam edir. + Foto Dek 01, 2020 | 17:44 / Konfranslar, iclaslar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci ildə yerinə yetirilən elmi, elmi-təşkilati və pedaqoji işlər üzrə hesabatlar davam edir. 1 dekabr tarixində keçirilən iclasda  İnstitutun Genomun quruluşu və ekspressiyası, Molekulyar biotexnologiya laboratoriyalarının, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin cari ildə həyata keçirdikləri elmi və təşkilati fəaliyyətlərinin hesabatı dinlənilib. Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri, b.ü.f.d., dos. Ələmdar Məmmədov laboratoriyanın elmi istiqaməti, kadr hazırlığı, nəşr işi haqqında ümumi məlumat verdikdən sonra aparıcı elmi işçilər b.ü.f.d. Zərifə Süleymanova, b.ü.f.d. Səadət Xudaverdiyeva, böyük elmi işçi, b.ü.f.d. Ülkər İbrahimova yerinə yetirdikləri tədqiqat işləri və əldə olunan nəticələr haqqında hesabat veriblər. İnstitutun beynəlxalq statuslu Molekulyar biotexnologiya laboratoriyasının hesabatını laboratoriyanın əməkdaşı, böyük elmi işçi Aytən Ağayeva təqdim edib. Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Minaxanım Əliyeva cari ildə İnstitut əməkdaşlarının yerli və beynəlxalq konfranslarda iştirakı, yaradılan beynəlxalq əlaqələr, pandemiya və II Qarabağ müharibəsi dövründə İnstitutun fəaliyyəti, əməkdaşların KİV-lərdə və TV-də aktiv iştirakı haqqında ətraflı hesabat verib. Bununla da Elmi şuranın növbəti iclası öz işini başa vurub.