sa sa 1526
İnstitutun 2020-ci il üçün elmi-tədqiqat işləri üzrə hesabatları davam edir. + Foto Dek 04, 2020 | 14:32 / Konfranslar, iclaslar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2020-ci ildə yerinə yetirilən elmi, elmi-təşkilati və pedaqoji işlər üzrə hesabatlar davam edir. 4 dekabr tarixində keçirilən iclasda İnstitutun Bitki biotexnologiyası, Bionanotexnologiya laboratoriyalarının, Gənc alim və mütəxəssislər şurasının cari ildə həyata keçirdikləri elmi və təşkilati fəaliyyətlərinin hesabatı dinlənilib. Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçiləri b.ü.f.d. Mahirə Məmmədova və b.ü.f.d. Sədaqət Əsədova yerinə yetirdikləri tədqiqat işləri, əldə olunan nəticələr, laboratoriyanın elmi istiqaməti, kadr hazırlığı, nəşr işləri haqqında hesabat veriblər. İnstitutun beynəlxalq statuslu Bionanotexnologiya laboratoriyasının əməkdaşı Leyla Xəlilova laboratoriyanın hesabatını təqdim edib. Gənc alim və mütəxəssislər şurasının sədri Ulduzə Qurbanova institutun gənclərinin yerli və beynəlxalq konfranslarda iştirakı, elmi fəaliyyətləri ilə yanaşı geniş ictimai fəaliyyətləri haqqında da ətraflı məlumat verib.

Elmi şuranın Sədri akademik İradə Hüseynova  qeyd edib ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Akademik xalqımızın qələbə ilə başa vurduğu Vətən müharibəsinin hər bir Azərbaycan ailəsində, bütün vətəndaşlarımızın ürəyində iz buraxdığını vurğulayıb. Saat 12:00-da Elmi şuranın üzvləri bir dəqiqəlik sükutkla Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad ediblər.

 Bununla da Elmi şuranın növbəti iclası öz işini başa vurub.