sa sa 1754
İnstitutun 2020-ci il üçün elmi-tədqiqat işləri üzrə hesabatları davam edir + Foto Dek 07, 2020 | 15:32 / Konfranslar, iclaslar

Dekabrın 7-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Bioinformatika laboratoriyasının, beynəlxalq statuslu Molekulyar Biomühəndislik və Hesablama struktur biologiyası laboratoriyalarının və həmçinin institutun Həmkarlar İttifaqının hesabatı dinlənilib. Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Nurməmməd Mustafayev cari ildə yerinə yetirilən tədqiqat işləri, əldə etdikləri nəticələr, laboratoriyada həyata keçirilən kadr hazırlığı və nəşr işləri haqqında hesabat veriblər. Molekulyar Biomühəndislik laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov, Hesablama struktur biologiyası laboratoriyalarının müdiri, Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar biologiya laboratoriyasının Hesablama struktur biologiyası qrupunun rəhbəri, b.ü.f.d. Qərib Mürşüdov və laboratoriyanın elmi işçisi Rəfiqə Məsməliyeva cari ildə həyata keçirilən elmi və təşkilati fəaliyyətləri haqqında şura üzvlərinə məlumat veriblər. Daha sonra institutun Həmkarlar İttifaqının sədri, b.e.d. Həsən Babayev Həmkarlar İttifaqının 2020-ci ildəki fəaliyyəti haqqında hesabat verib. Bununla da Elmi Şuranın növbəti iclası öz işini başa vurub.