sa sa 1684
Tərəvəz bitkilərində xəstəlik törədən fitoplazmalar mövzusunda onlayn elmi seminar keçirilib + Foto Fev 01, 2021 | 19:57 / Seminarlar

Fevralın 1-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021-ci ilin ilk elmi seminarı onlayn formatda keçirilib. Seminarda Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Aysel Mədədli “Tərəvəz bitkilərində xəstəlik törədən fitoplazmalar” mövzusunda çıxış edib. Məruzəçi fitoplazmanın Avropa və Aralıq dənizi hövzəsi ilə yanaşı Azərbaycanda da, xüsusilə Abşeron yarımadasında, Quba və Şəkidə yayılmasını qeyd edib. Həmin rayonlarda tərəvəz bitkilərini yoluxduran fitoplazmanın hansı metodlarla deteksiya olunması və fitoplazmaya qarşı mübarizə yolları haqqında məlumat verib. Gənc tədqiqatçı həmçinin fitoplazmaların genetik xüsusiyyətləri, aşkar edilən fitoplazma genləri, diaqnostika metodları, fitoplazmaların simptomatik elementləri və hansı həşəratlarla yayılması haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonda mövzu ətrafında geniş müzakirə aparılıb.